Rezidentlərin əməkhaqları artırılacaq

Azərbaycanda rezidentura səviyyəsi üzrə təhsil alanların əmək haqları artırılacaq. Bunu millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov rezidenturaya ixtisas seçiminə buraxılan namizədlərlə görüşündə deyib.

Onun sözlərinə görə, həkimlərin əməkhaqları artıqca, rezidentlərin əməkhaqları da yüksələcək. Artıq bununla bağlı müvafiq qurumlarla razılığa gəlinib. "Bu məsələ ilə bağlı dəfələrlə cıxış etmişəm. Artıq bu məsələ ilə bağlı razılığa gəlinib", - millət vəkili bildirib.

AzNews.az