Rusiyadan “Coca-cola“ya ağır zərbə

Rusiya ərazisində "Coca-cola" içkisinə əlavə vergilər tətbiq edilə bilər. Milli.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Rusiya Kommunist Partiyasının Dövlət Dumasına təqdim etdiyi qanun layihəsi tərkibində şəkər olan alkoqolsuz içkilərə, xüsusilə də "Coca-cola"ya əlavə aksiz vergisi tətbiq edilməsini nəzərdə tutur.

Vergi məcəlləsinin "Aksizlər bölməsinə dəyişilik edilməsi nəzərdə tutulur.

Layihənin müəllifləri deyirlər ki, şirin qazlı içkilər, xüsusilə də "Coca-cola" piylənmə, xərçəng, infarkt və digər xəstəliklər üçün zəmin yaradır. Aksiz vergisinin tətbiqi həmin içkiləri daha da baha edəcək. Nəticə olaraq, əhali bu içkilərin istifadəsində maraqlı olmayacaq.

AzNews.az