15:27
(077) 610-22-33

“Bank of Azərbaycan”a daha bir zərbə - İpoteka məsələsi

  • >
2 780 12 Avqust 2014 08:48 | İqtisadiyyat

Əvvəlcə rəhbərliyi dəyişən, sonra bir neçə filialı bağlanan “Bank of Azərbaycan”a daha bir zərbə vurulub.

AzNews.az-ın məlumatına görə, bankda kredit əməliyyatlarına son verilib. Bankda nəinki kredit verilmir, hətta əvvəldən kredit götürən şəxslər ödənişi indi başqa banka - AFB Banka ödəyirlər.

Məlumatı bankın bir-neçə müştərisi də təsdiqləyib. Onlar AzNews.az-a bildiriblər ki, krediti ödəmək üçün "Bank of Azərbaycan"a yaxınlaşdıqda bundan sonra ödənişlərin başqa banka ediləcəyi bildirilib: "Bildirdilər ki, sənədləşmə işləri aparılır. Bir neçə gündən sonra sizinlə əlaqə saxlayacaqlar. Bir neçə gündən sonra zəng edib bizi AFB Bankın Azadlıq prospekti 151-dəki ofisinə dəvət etdilər. Orada məlum oldu ki, "Bank of Azərbaycan"dan götürülən kreditlərin bütün sənədləri bu banka yönəldilib. Və bizə bildirdilər ki, bundan sonra krediti bu banka ödəməliyik".

Məsələ ilə bağlı "Bank of Azərbaycan"ın rəsmi mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.

Xatırladaq ki, "Röyal" bank da bağlanmamışdan öncə kredit ödənişləri başqa banklara yönəldilmişdi.

Azər
AzNews.az

Bağla X