“Rusiyanın qərb ölkələrinin kənd təsərrüfatı məhsullarına tətbiq edəcəyi embarqo Azərbaycanın daxili bazarında bu məhsulların bahalaşmasına gətirib çıxaracaq. Lakin Azərbaycan bu embarqodan öz xeyrinə yüksək səviyyədə faydalana biləcək”. “Rusiyanın qərb ölkələrinin kənd təsərrüfatı məhsullarına tətbiq edəcəyi embarqo Azərbaycanın daxili bazarında bu məhsulların bahalaşmasına gətirib çıxaracaq. Lakin Azərbaycan bu embarqodan öz xeyrinə yüksək səviyyədə faydalana biləcək”.

Qərb-Rusiya iqtisadi qarşıdurması Azərbaycana nə verəcək? – Təhlil

“Rusiyanın qərb ölkələrinin kənd təsərrüfatı məhsullarına tətbiq edəcəyi embarqo Azərbaycanın daxili bazarında bu məhsulların bahalaşmasına gətirib çıxaracaq. Lakin Azərbaycan bu embarqodan öz xeyrinə yüksək səviyyədə faydalana biləcək”.

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O deyib ki, Rusiya bazarında Avropada istehsal olunan ərzaq məhsulları çoxluq təşkil edir: "Rusiyada satışda olan süd məhsullarının təxminən 70 faizi Avropadan gətirilir. Bu baxımdan da Rusiyanın Avropa Birliyi ölkələrinə tətbiq etdiyi embarqo birmənalı şəkildə həmin ölkənin bazarında boşluq yaradacaq. Rusiyanın möcüd istehsalı həmin boşluğu doldurmağa imkanı yoxdur. Çünki bu halda qonşu ölkələr Rusiyada yaranan boşluğu doldurmağa çalışacaqlar".

V. Bayramov əlavə edib ki, Azərbaycan digər qonşuları ilə müqayisədə Rusiya bazarına kənd təsərrüfatı məhsullarının satışına görə müəyyən qədər üstünlüyə malikdir: "Embarqonun tətbiqi Azərbaycanda fermerlərə imkan verəcək ki, istehsalın həcmini artırsınlar, Rusiya bazarına əvvəlki illərə müqayisədə daha çox və baha məhsul çıxara bilsinlər. Biz bunu da gözləyirik. Bir sözlə, Rusiyanın sözü gedən ölkələrə tətbiq etdiyi qadağa uzun müddətli olarsa bu Azərbaycanın kənd təsərrüfatı sahəsinə çox müsbət təsir göstərəcək. Nəticədə ölkədə sözügedən məhsullarının istehsalı və satışı ilə məşğul olan insanların gəlirləri yetərincə artacaq.

Ekspert daxili bazarda qiymətlərin bahalaşacağını da istisna etməyib: "Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artması yerli bazara da təsirsiz ötüşməyəcək. Yerli bazarda sözü gedən məhsulların qiymətində 5-10 faiz artamasına gətirib çıxaracaq. Artıq bu indidən müşahidə olunmaqdadır. Bəzi kənd təsərrüfatı məhsullarının qiymətində artımlar var. Praktik olaraq yerli fermerlər daha çox Rusiya bazarına məhsul göndərməkdə maraqlıdırlar. Nəzərə almalıyıq ki, Azərbaycan Avropa ölkələrindən də bəzi kənd təsərrüfatı məhsulları idxal edir. Bu da yerli məhsulların qiyməti məcburi tənzimlənmə ilə müşahidə olunacaq".

V. Bayramov qeyd edib ki, Avropa bu sahədə əməkdaşlıq etdiyi ən böyük bazarını - Rusiyanı itirib: "Avropada istehsal təlabatdan yüksəkdir. Belə olduğu təqdirdə Avropa Azərbaycana satdığı ərzaq məhsullarının qiymətində məcburi aşağı satış həyata keçirəcək. Xüsusən Avropadan gətirilən meyvə şirələri, kolbasa, sosiska bir sözlə ət məhsullarının qiymətlərində də müəyyən qədər qiymətlər aşağı düşəcək. Daxili bazarda Avropa məhsulunun həcmi artacaq və sonda qiymətlərdə müəyyən azalmalar müşahidə ediləcək".

Amid
AzNews.az