15:23
(077) 610-22-33

Azərbaycanda əhali gəlirlərinin 3 faizini kredit ödəyir

  • >
528 15 Avqust 2014 14:29 | İqtisadiyyat

Bu ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 21 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 3,4 faiz artıb.



Dövlət Statistika Komitəsindən AzNews.az verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz yüksəlib.

Bu dövr ərzində gəlirlərin 70,3 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Bununla bərabər gəlirlərin, 18 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 19,1 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,2 faiz çox vəsait qalıb.

Amid
AzNews.az
Bağla X