12:15
(077) 610-22-33

Nabran yoluna pul ayrıldı- Sərəncam

  • >
612 18 Avqust 2014 17:38 | İqtisadiyyat

Prezident İlham Əliyev Xaçmaz rayonu ərazisində Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.


Sərəncama əsasən üç min iki yüz nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon (bir milyon yeddi yüz min) manat ayrılması nəzərdə tutulub.

Maliyyə Nazirliyinə maliyyələşməni bu sərəncamın 1-ci hissəsində müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bağla X