01:59
(077) 610-22-33

“Akkord”un hesabına həbs qoyuldu

  • >
1 247 18 Avqust 2014 17:59 | İqtisadiyyat

"Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyasının Türkiyədəki bank hesablarına həbs qoyulub. AzNews.az Teleqraf.com saytına istinadən xəbər verir ki, buna səbəb şirkətin "Öz Volkan" neft məhsullarının nəqli və inşaat şirkətinə 7 milyon 237 min 16 Tl borcunun olmasıdır.


"Akkord" Türkiyədə mədən sənayesində bəzi işlərin icrasını "Ada" metak mədənçilik şirkətinə həvalə edib. Amma şirkət gördüyü işin məvacibini ala bilməyib və məhkəməyə üz tutub. Qeyd olunur ki, "Akkord" Türkiyədə daha bir neçə şirkətin pulunu ödəmir. Azərbaycan şirkətinə qarşı iddiaların artacağı proqnozlaşdırılır.

AzNews.az
Bağla X