Sentyabr ayının 8-i Bakıda Avropa Komissiyası sədrinin müavini, qurumun enerji məsələləri üzrə komissarı Günter Ottingerlə Ukraynanın yanacaq və energetika naziri Yuriy Prodanla görüşəcək. Sentyabr ayının 8-i Bakıda Avropa Komissiyası sədrinin müavini, qurumun enerji məsələləri üzrə komissarı Günter Ottingerlə Ukraynanın yanacaq və energetika naziri Yuriy Prodanla görüşəcək.

Ukraynanın qaz təchizatı məsələsi Bakıda həll olunacaq

Sentyabr ayının 8-i Bakıda Avropa Komissiyası sədrinin müavini, qurumun enerji məsələləri üzrə komissarı Günter Ottingerlə Ukraynanın yanacaq və energetika naziri Yuriy Prodanla görüşəcək.



"APA-Economics" Rusiyanın "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Marlene Xoltsner bildirib.

Onun sözlərinə görə, tərəflər Ukraynanın qaz təchizatı ilə bağlı yaranan problemi müzakirə edəcək.

"Bundan sonra biz üçtərəfli (Rusiya-Ukrayna-Avropa İttifaqı) görüşün baş tutub, tutmayacağı ilə bağlı öz fikrimizi bildirəcəyik. Cənab Ottinger bildirib ki, üçtərəfli görüş sentyabr ayının ortalarında baş tuta bilər", - deyə M. Xoltsner qeyd edib.

AzNews.az