08:43
(077) 610-22-33

4 bağçada Dövlət Proqramının icrası mümkün olmur

  • >
643 14 Sentyabr 2012 09:44 | İqtisadiyyat

Səbəb məcburi köçkünlərin köçürülməməsidir



Binəqədi rayonu ərazisində 4 məktəbəqədər təhsil müəssisəsində Dövlət Proqramına əsasən 2012-ci ildə aparılması nəzərdə tutulan əsaslı təmir işlərinə başlamaq hələ mümkün olmayıb.

Buna səbəb həmin uşaq bağçalarının ərazisində məskunlaşan məcburi köşkün ailələrinin köçürülməsi məsələsinin həllinin tapmamasıdır. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bunlar 151, 153, 158 və 274 saylı körpələr evi-uşaq bağçalarıdır. Dövlər Proqramına əsasən təmir işləri məcburi köçkün ailələri yerləşdirildikdən sonra həyata keçiriləcək.

Gələn il rayonun Xocəsən qəsəbəsində 200, Binəqədi qəsəbəsində isə 240 yerlik yeni uşaq bağçalarının tikintisi də nəzərdə tutulur. Hər iki uşaq bağçasının tikintisi Prezident İlham Əliyevin rayon sakinləri ilə görüşü zamanı verdiyi tapşırığa əsasən Dövlət Proqramına daxil edilib.

E.Əlosmanqızı
AzNews.az
Bağla X