Milli Məclis pensiya və tələbə təqaüdlərinin artırılması məsələsinə baxa bilər Milli Məclis pensiya və tələbə təqaüdlərinin artırılması məsələsinə baxa bilər

Pensiya və tələbə təqaüdləri artır

Milli Məclis pensiya və tələbə təqaüdlərinin artırılması məsələsinə baxa bilər



"Pensiya və tələbə təqaüdlərini artırılması məsələləri hər zaman gündəmdədir". Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. "Amma indi bu məsələ gündəmdə deyil. Çünki, artıq ilin sonudur, il yekunlaşır və büdcə formalaşıb".

Komitə sədri bildirib ki, ola bilsin gələn il bu məsələlər yenidən gündəmə gəlsin. "Noyabr ayında 2013-cü ilin büdcəsi müzakirə olunacaq. Ola bilsin ki, bu məsələlər gündəmə salınsın və müzakirə edilsin".

AzNews.az