Müsadirə edilən 0,5 milyon manatlıq ev hərraca çıxarılır

Sentyabrın 25-də Bakıda müsadirə edilərək dövlət mülkiyyətinə keçən bir neçə ev hərraca çıxarılacaq. Bu barədə məlumat Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən verilib.

Yasamal rayonunun M.Muxtarov küçəsində 165 kv.m-lik, tam qiyməti 99 120 manat olan yaşayış evinin ilkin hərrac qiyməti 49560 manat müəyyənləşdirilib.

Bundan başqa Rəsulzadə qəsəbəsində tam qiyməti 571 000 olan yaşayış evi də hərracda satılacaq. Hərraca mıxarılacaq daha bir ev Nardaran Bağlar Massivində 463 kvm ərazisi olan və tam qiyməti 104 min olan bağ evidir.

Elnarə
AzNews.az