09:32
(077) 610-22-33

Azərbaycana külli miqdarda qızılın keçirilməsinə cəhd

  • >
1 005 19 Sentyabr 2012 09:33 | İqtisadiyyat


İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Canpolad İsmayılov gömrük nəzarətindən "yaşıl kanal"la keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.

AzNews.az-ın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, həmin vətəndaş mütləq bəyan olunası mallarının olub-olmadığı barədə şifahi sorğu-sual edilib, o da öz növbəsində, belə malların olmadığını şifahi bildirib.

Bundan sonra İsmayılovun çantası "Rapiscan-628" markalı X-Ray aparatından keçirilən zaman monitorda zərgərlik məmulatlarına bənzər əşyaların təsvirləri əks olunub. Daha sonra həmin çantaya təkrar gömrük baxışı keçirilib və nəticədə, çantadakı şəxsi əşyaların arasında olan sellofan torbaya yerləşdirilmiş plastik qabın içərisindən bəzilərinin üzərində qaşlar olan qızıl zinət əşyaları - 82 ədəd boyunbağı, 79 ədəd qolbaq, 95 cüt sırğa, 72 ədəd üzük, 9 ədəd kulon, 6 ədəd üzük və sırğa cütü dəsti aşkar olunub.

Bundan başqa, şəxsi yoxlama nəticəsində isə C.İsmayılovun şalvarının cibindən, üzəri qaşlarla bəzədilmiş 1 ədəd üzük, 1 ədəd üzük və sırğa cütü aşkar edilib. İlkin araşdırma zamanı C.İsmayılov sözügedən qızıl zinət əşyalarını Türkiyənin İstanbul şəhərindən satış məqsədilə aldığını bildirmişdir.

O, həmin malları gömrük orqanına bəyan etməməsinin səbəbini isə müvafiq qanunvericiliyi yaxşı bilməməsi ilə izah etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, həmin zərgərlik məmulatlarının əyarı 585, ümumi çəkisi isə 1772,37 qram müəyyən edilmişdir.

Ədil Hüseynli
AzNews.az
Bağla X