08:40
(077) 610-22-33

Maliyyə Nazirliyi qızıl aldı

  • >
731 20 Sentyabr 2012 14:18 | İqtisadiyyat

Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Hökümətinin mənfəət payı olan 4900,0 troy unsiya (152,4 kloqram) miqdarında növbəti partiya qızıl külçələri Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bundan əvvəl həmin yataqdan hasil edilmiş Azərbaycan Hökumətinin mənfəət payı olan 16512,9 troy unsiya (513,6 kloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.

Ümumilikdə, bu günki tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Hökumətinə məxsus qızılın miqdarı 21413,4 troy unsiyaya (666,0 kloqrama) çatdırılıb. Onun bu günə bazar dəyəri 37,9 milyon ABŞ dolları təşkil edir.

İlkin
AzNews.az
Bağla X