Nazirlik sərt tədbir gördü

İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yasamal rayonu, H.Cavid prospekti, ev 15, mənzil 11 ünvanında Bakır Murat Şuayibə məxsus mağazada yoxlama aparıb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yoxlama zamanı mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması müəyyənləşdirilib. Satışda olan mallara heç bir endirimin tətbiq edilmədiyi, reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkarlanıb.

Qanunsuz reklamın yayımının dayandırılması barədə təsərrüfat subyektinə müvafiq göstəriş verilib.

İlkin
AzNews.az