11:25
(077) 610-22-33

Azərbaycan ilk dəfə xaricə yumurta ixrac edəcək

  • >
752 24 Sentyabr 2012 10:02 | İqtisadiyyat

Azərbaycan ilk dəfə olaraq xarici ölkəyə yumurta ixrac edəcək. Bu barədə məlumatı AzNews.az-a Azərbaycan Quşçular Birliyinin sədri Aydın Vəliyev verib.

Onun sözlərinə görə, Azərbaycan quşçuluq müəssisələrinin yumurta ixrac edəcəyi ilk ölkə İraq olacaq: "Artıq ixracla bağlı sənədləşdirmə prosesi başa çatıb. İraqa ayda 2,4 milyon ədəd yumurta göndərmək imkanımız var".

A.Vəliyev xaricə ixracla əlaqədar daxili bazarda qıtlıq və yumurtanın qiymətində artımın olmayacağını vurğulayıb: "Yumurtanın maya dəyəri hazırda 7-8 qəpikdir. Qiymət bundan sonra da elə səviyyədə saxlanacaq ki, alıcıların mənafeyi pozulmasın".

Məlumat üçün bildirək ki, İraq bundan əvvəl yumurtanı Ukraynadan alsa da, bu ölkənin quşçuluq müəssissələrində baş verən xəstəlik ixrac prosesinin dayanmasına səbəb olub.

E.Əlosmanqızı
AzNews.az
Bağla X