Artur Rəsizadə gömrüklə bağlı yeni qaydaları təsdiq etdi

Baş nazir Artur Rəsizadə gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Qaydalarını təsdiq edib. Qərara əsasən Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər ali təhsilə malik olan fiziki şəxslər ola bilərlər. Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatının verilməsi isə Komitə tərəfindən müasir texnologiyalardan istifadə edilməklə, test üsulu ilə müəyyən ediləcək. İxtisas attestatının qüvvədə olma müddəti 5 ildir.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin öz vəzifələrini Gömrük Məcəlləsinin və bu Qaydaların tələblərini və şərtlərini yerinə yetirməməsi barədə kifayət qədər əsaslar olduqda, Komitə tərəfindən ixtisas attestatının fəaliyyəti 1 il müddətinə dayandırılır.

E.Əlosmanqızı
AzNews.az