Yaponiyada ermənilər azərbaycanlılardan şikayət edib

Yapinoyanın paytaxtı Tokioda keçirilən beynəlxalq turizm sərgisində azərbaycanlıların təblığatı erməni nümayəndə heyətinin xoşuna gəlməyib. Sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətinin təblığat xarakterli materiallar paylamasından narahat olan erməni təşkilatları bu təblığatın qarşısını almaq üçün sərgi rəhbərliyinə müraciət edib.

Analoji hadisə bir neçə gün əvvəl Parisdə keçirilən "Top Resa" sərgisində də yaşanıb. Sərgidə qondrma "DQR"in ayrıca iştirak etmək istəyi yerinə yetirilmədiyinə görə, qondarma rejimin təmsilçiləri Ermənistan nümayəndə heyətinin tərkibində sərgiyə qatılıblar. Sərgi çərçivəsində ermənilər onlara ayrılan stendin azərbaycanlılar tərəfindən dağıdıldığını bildirərərk sərgi rəhbərliyinə müraciət etmişdi.

E.Əlosmanqızı
AzNews.az