06:32
(077) 610-22-33

Bakıda pullu olacaq küçələr - SİYAHI

  • >
2 713 25 Sentyabr 2012 12:24 | İqtisadiyyat

"Ölkəmizdə artıq pullu keçid təcrübəsi var. Misal üçün, İçərişəhərə daxil olmaq üçün bilet almaq lazımdır". Bu barədə "Эхо" qəzetinə "MBA Consulting" şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.

"Gələcəkdə bu təcrübə Bakının bütün mərkəzi hissəsinə aid ola bilər. Yəqin ki, rəsmi şəxslər xarici ölkələrdə bu sistemin necə işlədiyini öyrənirlər və tədricən bu sistem Azərbaycanda da tətbiq olunacaq. Çünki şəhərin mərkəzindəki tıxaclarla mübarizənin başqa üsulu yoxdur", - N.İbrahimov əlavə edib.

Onun sözlərinə görə, şəhərinin mərkəzini aşağıdakı hissələrdən ayırmaq olar: Cavanşir körpüsündən Bayıl qəsəbəsinə qədər, Xəzər dənizindən Nəriman Nərimanov abidəsinə qədər, Tbilisi prospektindən Gənclik metrosuna qədər.

"Sözsüz ki, birdən-birə yolları bağlamaq, keçidi pullu etmək olmaz. Bu işləri tədricən görmək lazımdır. Birinci növbədə Neftçilər prospekti, Rəşid Behbudov və Xaqani küçələrini pullu etmək olar. Çünki daha çox avtomobil axını bu küçələrdə müşahidə olunur. İlkin qiyməti 50 qəpik edib, sonradan qiymətləri qaldırmaq olar. Nə vaxt nəqliyyat axını azalsa, onda müəyyən etmək olar ki, həmin qiymət optimaldır", - o vurğulayıb.

Şəhərin mərkəzindəki yollarda həddən artıq yüklənmənin qarşısını almaq üçün belə bir təcrübə Londonda 2003-cü ildə tətbiq olunmağa başlayıb. Hazırda bu şəhərin mərkəzi hissəsinə avtomobillə daxil olmağın qiyməti bir gün üçün 8 funtdur. Proqramın həyata keçirilməsində ötən müddət ərzində pullu keçid sahəsi bir neçə dəfə genişlənib. Ödənişləri İnternet və sms vasitəsilə, o cümlədən kassalarda ödəmək mümkündür. Qaydaları pozan sürücüləri 60 funt məbləğində cərimə gözləyir.

AzNews.az
Bağla X