21:21
(077) 610-22-33

Bakıda bal yarmarkası

  • >
1 467 27 Sentyabr 2012 15:14 | İqtisadiyyat

Kənd Təsərüffatı Nazirliyinin təşkilatçılığı ilə Bakıda oktyabrın 17-dən noyabrın 5-dək arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Nazirlikdən AzNews.az-a verilən xəbərə görə, sərgi paytaxtın Nərimanov rayonunun ərazisində, "Gənclik" və keçmiş "Şuşa" kino-teatrının yaxınlığında, Atatürk prospekti 6-da və Maqsud Əlizadə 133 küçələrinin kəsişdikləri yerdə keçiriləcək.

Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının iştirakçılarının namizədlikləri verilən bölgülərə əsasən, şəhər və rayon icra hakimiyyətləri tərəfindən müəyyənləşdiriləcək və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəvət olunacaqlar.

Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 49 rayondan 200 nəfər arıçı iştirak edəcək. Satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılacaq.

Arıçılıq məhsullarının sərgi-satış yarmarkası başlamamışdan əvvəl oktyabrın 1-dən 17-dək satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlaılacaq. Keyfiyyətsiz məhsullar satışa buraxılmayacaqdır. Alimlərin, mütəxəssislərin, arıçıların və arıçılılar cəmiyyətlərinin təklifləri nəzərə alınaraq, 1 kq yüksək keyfiyyətli bal 15 manata satılacaq.

İlkin
AzNews.az
Bağla X