09:16
(077) 610-22-33

Azərbaycanda yumurtanın qiyməti qalxdı

  • >
1 022 27 Sentyabr 2012 15:44 | İqtisadiyyat

Yumurtanın qiyməti artıb. Eyni vəziyyət ötən ilin əvvələrində də təkrarlanmışdır. Həmin vaxt məsələ o yerə çatmışdır ki, Azərbaycan bazarı üçün fantastik qiymətə olan yumurtaların satışı ilə bağlı bəzi sahibkarlar barəsində Baş Prokurorluqda cinayət işi başlanmışdır.

Həmin dövrdə inhisarçılığın qarşısını almaq üçün zəruri tədbirlərin həyata keçirilməsinin təmin olunacağı bildirilsə də fakt odur ki, üstündən bir ildən bir qədər çox keçmiş qiymətlər yenidən artıb.

Bir həftə əvvəl 6 qəpiyə satılan yumurtanın qiyməti 3-4 qəpik bahalaşaraq 9-10 qəpiyə çatıb. Baş çəkdiyimiz bir neçə bazar və marketlərdə də qiymətdə artımın olduğunu təsdiqlədilər. Satıcılar qiymətin bahalaşmasını mövsümlə əlaqəndirdilər. Onların sözlərinə görə, soyuq günlərdə yumurta azaldığı üçün bu, qiymətlərə təsir edir. Belə bir halın olmasını normal hesab edən sahibkarlar mövsümlə əlaqədar istehsalın azaldığı qənaətinədirlər.

Qiymət artımı alıcıları narazı salıb. Onlar gündəlik tələbat məhsulları arasında yumurtanın bahalaşmasını öz büdcələrində hiss etməyə başlayıblar. Məlumat üçün bildirək ki, ölkənin yumurtaya olan tələbatının 90%-ə qədəri yerli istehsal hesabına ödənilir.

AzNews.az
Bağla X