“Azərkosmos” ASC “Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair açıq tender keçirir və telekommunikasiya peyk istehsalçılarını tenderdə iştiraka dəvət edir. “Azərkosmos” ASC “Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair açıq tender keçirir və telekommunikasiya peyk istehsalçılarını tenderdə iştiraka dəvət edir.

“Azerspace-2” peyki ilə bağlı tender elan edildi

“Azərkosmos” ASC “Azərbaycan Respublikasının ikinci telekommunikasiya peyki olan “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması”na dair açıq tender keçirir və telekommunikasiya peyk istehsalçılarını tenderdə iştiraka dəvət edir.



"Azərkosmos" ASC-dən AZƏRTAC-a bildiriblər ki, tenderdə iştirak haqqı 20 min ABŞ dollarıdır və heç bir halda geri qaytarılmır.

Bank zəmanətinin məbləği tender təklifinin ümumi qiymətinin ən azı 1 faiz məbləğində, bank zəmanətinin qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır. Bank zəmanətinin mövcudluğu Azərbaycanda məqbul sayılan yerli bankda SWIFT vasitəsi ilə təsdiqlənməlidir.

Müqavilə üzrə işlər və yerüstü avadanlıqların quraşdırılması 2017-ci ilin sonunadək tamamlanmalı və peyk kosmodroma göndərilməyə hazır vəziyyətə gətirilməlidir.

Qalib iddiaçı hər bir tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində, maliyyə, texniki, ixtisas meyarları əsasında, habelə Ku- və Ka- radiotezlik zolaqlarında geo-stasionar orbitdə istismar olunan telekommunikasiya peyk və əlaqədar yerüstü avadanlıqlardan ibarət peyk sistemlərinin istismara verilməsi sahəsində təcrübəsi nəzərə alınaraq seçiləcək.

Tender proseduru aprelin 23-də saat 11:00-də "Azərkosmos" ASC-nin böyük iclas zalında başlayacaq. Əlavə məlumat almaq istəyənlər "Azərkosmos" ASC-yə müraciət edə bilərlər.