06:12
(077) 610-22-33

Milli Məclisdə yeni ipoteka təklifi: 50 mindən 80 minə artırılmalıdır

  • >
2 001 6 Mart 2015 13:58 | İqtisadiyyat

Deputat kreditləri 50-mindən 70 min manata qaldırmağı təklif edib İpoteka kreditlərinin məbləği artırılmalıdır.


Bunu Milli Məclisin bu günki iclasında deputat Əli Məsimli deyib.

O, ipoteka kreditləri ilə bağlı da danışıb və öz təkliflərini bildirib. "Heç olmasa bu məbləğ 50 mindən 70-80 minə qədər artırılmalıdır. İpoteka faizləri isə aşağı salınmalıdır. Adi ipoteka 8%-dən 4%-ə endirilməli, sosial ipotekanın faizləri isə 4%-dən 3%-ə qədər azaldılmalıdır".

Millət vəkili ilkin ödənişlər də ya yumşalma, ya da xüsusi bir fond yaradılmasını da təklif edib. O, bu prosesin inkişaf etdirilməli olduğunu deyib. "İpoteka təkcə Bakı ilə yekunlaşmamalıdır, regionlara da tətbiq edilməlidir".
Bağla X