Cari il fevralın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun 5,5%-nin və ya 1,031 mlrd. manatının ödəniş vaxtı keçib. Cari il fevralın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun 5,5%-nin və ya 1,031 mlrd. manatının ödəniş vaxtı keçib.

Problemli kreditlərin sayı artıb- Mərkəzi Bank

Cari il fevralın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun 5,5%-nin və ya 1,031 mlrd. manatının ödəniş vaxtı keçib.


Bu da ilin əvvəli ilə müqayisədə problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisinin 0,2 faiz bəndi artması deməkdir. Problemli kreditlərin həcmində isə ilin əvvəlindən 5,6% artım qeydə alınıb.


"Qafqazinfo"nun Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə isə problemli kreditlərin həcmində 26,5% artım müşahidə olunub.

Hesabata əsasən, maliyyə-kredit təşkilatları tərəfindən fiziki və hüquqi şəxslərə verilən kreditlər illik müqayisədə 20,0% artaraq 2015-ci il fevralın 1-nə 18,6 mlrd. manata çatıb.

Bu müddətdə istehlak kreditləşməsi də 22,5% artaraq 7,7 mlrd. manat təşkil edib.

Məlumata görə, məcmu kreditlərin 10,8%-i və ya 2 mlrd. manatı sənaye və istehsal sektoru, 13,7%-i və ya 2,6 mlrd. manatı inşaat və əmlak sektoru, 14,3%-i və ya 2,7 mlrd. manatı ticarət və xidmət sektoru, 4,5%-i və ya 843 mln. manatı kənd təsərrüfatı və emal sektoruna yönəldilib.