Kapitalı 50 milyon manatdan aşağı olan banklarla bağlı Mərkəzi Bank hələ ilin əvvəlindən məlumat yaymışdı. Kapitalı 50 milyon manatdan aşağı olan banklarla bağlı Mərkəzi Bank hələ ilin əvvəlindən məlumat yaymışdı.

Bu banklar bağlanacaq – Ekspertlər ad çəkdi

Kapitalı 50 milyon manatdan aşağı olan banklarla bağlı Mərkəzi Bank hələ ilin əvvəlindən məlumat yaymışdı.


Lakin artıq 2 ay keçməsinə baxmayaraq həmin bankların fəaliyyətinə xitam verilməyib. Ekspertlər bunu mövcud iqtisadi vəziyyətlə əlaqələndirilər.

Məsələ ilə bağlı AzNews.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov Mərkəzi Bank qarşısında öhdəliyini yerinə yetirməyən banklara bir az vaxt verildiyini düşünür. Onun sözlərinə görə, bu banklardan bəziləri öz qiymətli kağızlarını səhm bazarında yerləşdirməyə cəhd göstərir: "Düşünürəm ki, mövcud vəziyyətlə əlaqədar banklara öz məcmu kapitallarını 50 milyon dollara kimi artırmaq üçün vaxt verilib. Hazırkı məqamda o bankların bağlanması Mərkəzi Bank üçün də xoşagəlməz hal olacaq. Çünki bankların bağlanması nəticədə vətəndaşların vəsaitinin geri qaytarılmasında problemlərə gətirib çıxara bilər. Vətəndaşlarının banklardakı əmanətlərinin artması MB üçün də problemlər yaradacaq. Buna görə də ola bilsin ki, banklar Mərkəzi Bank qarşısında kapitallarını artırmaqla bağlı öhdəliklər götürüblər".

Rəşad Həsənov hesab edir ki, kapitalları 50 milyondan aşağı olan banklardan biri Deka Bank, digəri isə Euro Bankdır.

İqtisadçı-ekspert Samir Əliyev də bağlanma ehtimalı olan banklardan danışıb. Həmkarı R.Həsənovla eyni fikirdə olan ekspertin sözlərinə görə, Euro Bankın fəaliyyətini dayandırması ehtimalı daha böyükdür.

S.Əliyevin fikrincə, AzəriKreditBank və Pakistan Milli Bankı da bağlanma təhlükəsi ilə üz-üzədir.

Ekspert Mərkəzi Bankın hesabatında qeyd olunan 4 bankın adının çəkilməməsinin səbəbini də izah edib. Onun sözlərinə görə, bankların fəaliyyəti tam dayandırılmadığı müddətcə bu adları açıqlamaq o bankların reputasiyasına ziyan vura bilər. Qeyd edək ki, ötən ilin sonlarına yaxın mətbuatda bir neçə bankın kapitallarının 50 milyondan aşağı olması ilə bağlı məlumatlar yer almışdı. Həmin banklar siyahısında AzəriKreditBank, Atrabank, Dekabank, Yunayted Kredit Bank-ın və BankAvrasiyanın adları var idi. Məlumat üçün bildirək ki, Mərkəzi Bankın qərarına əsasən nizamnamə kapitalı 50 milyon manatdan aşağı olan bankların fəaliyyətinə xitam verilir.

Nigar