12:32
(077) 610-22-33

Neft niyə düşür? - “Bloomberg”in araşdırması

  • >
1 984 13 Mart 2015 15:31 | İqtisadiyyat

Bu il yanvar ayının ortalarında Brent markalı neftin bir barelinin qiyməti ötən ildəkinə nisbətdə 2.5 dəfə aşağı düşərək 45 dollar olub.


Ancaq fevralın 15-dən sonra qiymət bir az bahalaşaraq 57.8-63 dollar aralığında dəyişib. Ancaq bu gün isə neftin qiyməti yenidən 56.59 dollaradək aşağı düşüb.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Bloomberg" saytı yayıb.

Saytın araşdırmasına görə, son 5 gündür ki, neftin qiymətinin aşağı düşməsini bir neçə amillə əlaqələndirmək olar.

Birincisi, ABŞ-dakı soyuqlar, İraqdakı qum burulğanı və digər regionlardakı pis hava şəraiti neftə olan tələbatın çoxalmasına birbaşa təsir edib.

Ancaq treyderləri narahat edən bu amil deyil. Onları daha çox neft ehtiyatı narahat edir. Neft şirkətlərinin neftin kapitalına qoyduqları maliyyənin azaldılmasına və ABŞ-da neft qurğularının ixtisara salınmasına baxmayaraq ABŞ-da neftin istehsalı 444.4 milyon barellə ən yüksək səviyyədədir. Rəsmi Vaşinqton neft anbarlarının artıq 70 faizini neftlə doldurub.

"Citigroup" şirkətinin mütəxəssisləri isə hesab edir ki, bu rəqəm Avropada 90, Cənubi Koreya, Cənubi Afrika Respublikası və Yaponiyada 80-dir.

"Brent markalı neftin qiymətini qaldıran faktorların çoxu artıq öz təsirini göstərmir. Bu baxımdan onun yaxın günlərdə də azalmasını gözləyirik", - deyə "Energy Aspects"in analitikləri bildiriblər.

Asiyada neftin alışı 2014-cü ilin iyuluna nisbətdə xeyli azalıb. Çin son 5 ay ərzində tankerlərlə neft daşımalarının sayını azaldıb.

Neft bazarının iştirakçıları artıq başa düşürlər ki, sığorta fondları və başqa maliyyə oyunçuları neftin qiymətinə qoyulan stavkanı 19 faiz azaldıblar. Bu isə 2012-ci ilin dekabrından bu yana ən aşağı göstərici hesab olunur.

ABŞ-ın Oklahoma ştatının Kuşinqe şəhərində yerləşən neft anbarları da may ayınadək öz ehtiyatlarını xeyli çoxaldacaq. Bu haqda fikri neft anbarlarının mütəxəssisləri səsləndirib.

Beynəlxalq Energetika Agentliyinin proqnozuna görə, bu ilin ortalarında inkişaf etmiş ölkələr neft və neft məhsullarına olan kommersiya ehtiyatlarını ən yüksək həddə - 2.83 milyard barelə yüksəldəcək.

1998-ci ildə neftin bir barelinin qiyməti orta hesabla 13.88 dollar idisə, bu gün bu rəqəm 19.18-dir.

"Goldman Sachs" şirkətinin analitiklərinin fikrincə, WTI markalı neftin bir barelinin orta hesabla qiyməti 40.5 dollar olması azaldılmış rəqəmdir. 2016-cı ildə bu rəqəmin 65 dollar olacağı proqnozlaşdırılır.

"Dealogic"in hesabatına görə ABŞ və Kanada neftçiləri son 2 ay ərzində 8.4 milyard dollarlıq aksiya əldə ediblər. Halbuki, bu rəqəm 2014-cü ilin 12 ayı ərzində 10.5 milyard dollar olub.

Neftçilər, həmçinin satışa 4.7 milyard dollarlıq istiqraz buraxıblar.

"Qiymətlərin aşağı olduğu dövrdə neft şirkətlərinə kömək etmək üçün bizim bazarda çoxlu pulumuz var", - deyə "Invesco" istiqraz fondunun rəhbəri Skott Robert bildirib.
Bağla X