02:53
(077) 610-22-33

Neftin qiyməti aşağı düşdü

  • >
654 14 May 2015 12:52 | İqtisadiyyat

Brent markalı neftin qiyməti aşağı düşüb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "korrespondent" saytı yayıb.

Məlumata görə, Londonun İCE birjasında Brent markalı neftin bir barelinin qiyməti 0.36 faiz düşərək 66.57 dollar olub.

WTI markalı neftin qiymətində də enmə müşahidə edilib.

Bu markadan olan neftin bir barelinin qiyməti Nyu-York birjasında 0.50 faiz enərək 60.20 dollar təşkil edib.

Ekspertlərin fikrincə, neftin qiyməti ABŞ-da neft istehsalının artımına görə aşağı düşür.
Qeyd edək ki, may ayının 4-də Brent markalı neftin qiyməti 67.08 dollara qalxmaqla ilin rekorduna imza atıb.
Bağla X