Xəbər verildiyi kimi Azərbaycan Konstitusiya Məhkəməsi keçirdiyi Plenum iclasında bank kreditləri ilə bağlı qərar verib. Xəbər verildiyi kimi Azərbaycan Konstitusiya Məhkəməsi keçirdiyi Plenum iclasında bank kreditləri ilə bağlı qərar verib.

Konstitusiya Məhkəməsinin qərarı kimin xeyrinədir: bankın, yoxsa vətəndaşın? – Ekspertlərin rəyi

Xəbər verildiyi kimi Azərbaycan Konstitusiya Məhkəməsi keçirdiyi Plenum iclasında bank kreditləri ilə bağlı qərar verib.


Qərara əsasən, xarici valyutada olan pul öhdəliyinin manatla icrası zamanı öhdəliyin icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılması birmənalı müəyyən edilib. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə üzrə artıq məbləğin ödənilməsini tələb edə və ya əksinə, dəyəri artarsa, borclu manatda daha az məbləğin ödənilməsini iddia edə bilməz. Deməli, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödəniləcək.

Konstitusiya Məhkəməsinin kreditlərin qaytarılması ilə bağlı qərarına iqtisadi ekspertlər münasibət açıqlayıb.

İqtisadçı-ekspert Rəşad Həsənov AzNews.az-a bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı gözlənilən idi: "Çünki bu qurumun funksiyası sadəcə məsələni aydınlaşdırmaq, onun hüquqiliyini izah etmək, maddələrin hansı anlam daşıdığını şərh etməkdir. Bu baxımdan yanaşanda biz əvvəlcədən demişdik ki, Konstitusiya Məhkəməsinin qəbul edəcəyi qərar hansısa formada vətəndaşın ödəniş formasının dəyişdirilməsinə yönələn bir addım olmayacaq. İndiki halda düşünürəm ki, Konstitusiya Məhkəməsi bunu təsdiqləyib. İnsanlar isə hansısa bir nüansdan ümid yeri gözləyirdi. Əslində Mərkəzi Bankın hansısa təlimatları olmalıdır və güzəştlər etməlidir. Vətəndaş nəyinsə dəyişməsini istəyirsə, bunu Konstitusiya Məhkəməsindən deyil, dövlətdən tələb etməlidir. Bu isə indiki halda zamanın artırılması və faizlərin müəyyən qədər azaldılması problemini kökündən həll edə bilməz".

Ekspert Samir Əliyev isə Konstitusiya Məhkəməsinin qərarının hüquqi olsa da iqtisadi mahiyyət daşıdığını deyib: "İqtisadi amillər hüquqi qərara təsir göstərdi. Məqsəd hazırda təhlükə altında olan bank sektorunu qorumaq idi. Çünki bank sektorunun çökməsi ümumilikdə ölkə iqtisadiyyatını çökdürə bilərdi. Və bunun əhaliyə zərəri indikindən dəfələrlə çox olardı. Ancaq bank sektorunun problemi bununla həll olunmayacaq. Hazırda bankların qarşısında daha çətin problemlər durur. Bank sektoru bu dəfə əhalinin hesabına xilas oldu. Ancaq gələn dəfə əhali də kömək edə bilməyəcək. Hökumətin dəstəyi çox vacibdir".

Bahar RÜSTƏMLİ