Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində təmir-tikinti işlərinə başlanılıb. Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində təmir-tikinti işlərinə başlanılıb.

Nobel prospekti yenə bağlandı

Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində təmir-tikinti işlərinə başlanılıb.


Bu barədə AzNews.az-a "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır: "Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunacaq. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yenilənəcək".

Nobel qardaşları prospektinin "Ağ şəhər"in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən "Ağ şəhər"ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Bahar RÜSTƏMLİ
AzNews.az
image description image description image description image description