I Avropa Oyunları beynəlxalq idman tədbiri zamanı bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təşkili üzrə Mərkəzi Bankda ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib. I Avropa Oyunları beynəlxalq idman tədbiri zamanı bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təşkili üzrə Mərkəzi Bankda ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Bank rəhbərlərinə tapşırıq verildi – Avropa Oyunları ilə bağlı

I Avropa Oyunları beynəlxalq idman tədbiri zamanı bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təşkili üzrə Mərkəzi Bankda ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Mərkəzi Bankdan AzNews.az-a verilən məlumata görə, görüşdə ilk Avropa Oyunları beynəlxalq idman tədbiri zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilərək, aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılmışdır:

- bankomat şəbəkəsinin kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməsi və həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının mütəmadi olaraq monitorinqinin aparılması;

- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcıların POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılması;

- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daima işlək vəziyyətdə olması üçün monitorinqin aparılması.

Həmçinin, həyata keçiriləcək tədbirlərin koordinasiya olunması məqsədi ilə hər bir kommersiya bankında rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırılıb.