Daxili İşlər Nazirliyi ananın 15 yaşlı qızını öldürməsi ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi ananın 15 yaşlı qızını öldürməsi ilə bağlı məlumat yayıb.

Bakıda dəhşət - 15 yaşlı qızının hərəkətlərinə dözmədi, boğub öldürdü (Yenilənib)

Daxili İşlər Nazirliyi ananın 15 yaşlı qızını öldürməsi ilə bağlı məlumat yayıb.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.

Faktla bağlı araşdırma aparılır.

***
11:25
Bakıda ana qızını öldürüb.

Hadisə Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Elfanə Cəfərovanı boğub öldürüb. Z. Cəfərova saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, ana və 15 yaşlı qızının münasibətləri bir müddət imiş pozulubmuş. Qızının hərəkətlərindən narahat olan Z. Cəfərova ona bir neçə dəfə xəbərdarlıq edib. Nəhayət, dünən əsəblərinə hakim ola bilməyən 35 yaşlı qadın 15 yaşlı qızını boğaraq öldürüb.

Qeyd edək ki, ailə başçısı hazırda həbsxanadadır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Lent.az