14:03
(077) 610-22-33

Azərbaycanda qohumlar yeznələrinin ordunu cırdı - Təfərrüat

  • >
6 471 11 Avqust 2016 12:26 | Kriminal

Sabirabad rayonunun Əhmədabad kəndində bıçaqlanan ata və oğulun vəziyyəti orta-ağırdır.


Bu barədə AzNews.az-a Sabirabad rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hər iki xəstənin - 51 yaşlı Əhməd Əhmədov və onun oğlu, 26 yaşlı Xamza Əhmədov ciddi bıçaq yaraları alıb: "Atanın yanını, qolunu, oğlunun üzünü bıçaqla kəsik-kəsik, ordunu isə cırıq-cırıq ediblər. Hər ikisi qanaxma ilə xəstəxanaya gətirilib. Qanaxmaları dayandırılıb. Ağır vəziyyətdən çıxarılıb. Polis şöbəsindən gəlib hər ikisindən izahat alıblar".

Xəstəxanadan onu da əlavə ediblər ki, bıçaqlanma hadisəsi ailə münaqişəsi zəminində baş verib: "Bıçaqlayan şəxslər ata və oğulun qohumudur. Onlar qohumlarının qızını alıblar. Kişi deyir ki, qız evinin adamları qəfildən üstlərinə hücum çəkib".

Qeyd edək ki, Sabirabad rayonunun Əhmədabad kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Məlumata görə, həmin kəndin sakinləri, 51 yaşlı Əhməd Hafiz oğlu Əhmədov və onun oğlu, 26 yaşlı Xamza Əhməd oğlu Əhmədov qohumları tərəfindən bıçaqlanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X