01:31
(077) 610-22-33

Bakıda şok olay - Sevgilisini öldürüb həyətində basdırdı

  • >
6 412 17 Avqust 2016 12:40 | Kriminal

Daxili İşlər Nazirliyi Mərdəkan qəsəbəsində baş verən hadisə ilə bağlı məlumat yayıb.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunan Altay Həsənov evində ailə-məişət münaqişəsi zəminində qeyri-rərmi nikah münasibətlərində olduğu Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib, cəsədini isə həyətində basdırıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov tutulub.

Faktla bağlı araşdırma aparılır.

***
11:09

Bakıda kişi qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib.

Hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Report.az
Bağla X