Gəncədə ər arvadını qətlə yetirib, baldızına isə bıçaq xəsarətləri yetirib. Gəncədə ər arvadını qətlə yetirib, baldızına isə bıçaq xəsarətləri yetirib.

Ər arvadını öldürdü - Gəncədə (Yenilənib)

Gəncədə ər arvadını qətlə yetirib, baldızına isə bıçaq xəsarətləri yetirib.


Şəhərin Cavad xan qəsəbəsində baş verən ailə münaqişəsi zəminində Ruslan adlı şəxs arvadı, 1986-ci il təvəllüdlü Məhəbbət Vəliyevanı və baldızı, 1988-ci il təvəllüdlü Naibə Vəliyevanı bıçaqlayıb.

Hər iki qadın xəstəxanaya çatdırılsa da, M. Vəliyevanı xilas etmək mümkün olmayıb.

Naibə Vəliyevaya tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

***
13:07

Gəncədə ər arvadını bıçaqlayaraq qətlə yetirib.

Hadisə bu gün şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəbbət Vəliyeva ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla balı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

APA.az