Bu gecə İstanbulda güllələnərək qətlə yetirilən nüfuzlu qanuni oğru Rövşən Lənkəranskinin cənazəsi yuyulmaq üçün məscidə aparılıb. Bu gecə İstanbulda güllələnərək qətlə yetirilən nüfuzlu qanuni oğru Rövşən Lənkəranskinin cənazəsi yuyulmaq üçün məscidə aparılıb.

Lənkəranskinin cənazəsi yuyulmaq üçün məscidə aparıldı

Bu gecə İstanbulda güllələnərək qətlə yetirilən nüfuzlu qanuni oğru Rövşən Lənkəranskinin cənazəsi yuyulmaq üçün məscidə aparılıb.


Bu barədə yaxınları məlumat verib.

Bildirilib ki, mərhumun nəşi yuyulduqdan sonra birbaşa hava limanına, oradan isə özəl təyyarə ilə doğulduğu Lənkəran şəhərinə gətiriləcək.

Onun cənazəsini Rusiyadan və Azərbaycandan olan yaxınları müşayiət edir.

Qeyd edək ki, artıq Lənkəranskinin ata ocağına da xeyli yaxını toplaşıb. Məlumatlara görə, dəfndə iştirak edəcək bir qrup soydaşımız Rusiyadan Azərbaycana gəlmək üçün bilet alıblar.

Qafqazinfo.az