09:51
(077) 610-22-33

Qohumunun mağazasını yaran şəxs: 1 şüşə araq içdim, ayıldım ki, polisdəyəm - VİDEO

  • >
2 425 19 Avqust 2016 20:41 | Kriminal

Göygöl sakini qohumuna qənim kəsilib.


Son üç ayda iki dəfə qarət olunan mağazaya qənim kəsilənlərə indi dəmir barmaqlıqlar arxasına getmək üçün iş kəsiləcək. Zərərçəkənə dəyən tək maddi ziyan yox, həm də sonuncu oğurluğun yaxın qohumları tərəfindən törədilməsinin mənəvi təsiridir.

Göygöldə rayon sakini Qələndər Əliyevə məxsus mağaza qarət olunub. Gecə saatlarında baş verən hadisədən ilk xəbər tutan isə qonşular olub. Pəncərəni sındırma yolu ilə içəri daxil olan qarətçi oradan spirtli içkilər və tütün məmulatları oğurlayıb.

Qələndər Əliyev - zərərçəkən şəxs: "Gecə saat 1 olardı. Mənə zəng gəldi ki, mağazanın pəncərəsi sındırılıb. Gəlib baxanda gördüm ki, pəncərədən girib içəri oğurluq ediblər. Dərhal polisə məlumat verdim".

Polisin çevikliyi oğurluq edən şəxsin elə də uzağa qaçmasına imkan verməyib. Məlum olub ki, Qələndər Əliyevə qənim kəsilən elə onun qohumudur. Polis əməkdaşları həmin şəxsi isti izlərlə saxlamağa müəssər olub.

Hilal Rüstəmov - müstəntiq: "Göygöl rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbiləri nəticəsində həmin hadisəni törədənin Bayramov İkram Adil oğlu olması müəyyən edilib. Bayramov İkram Adil oğlu maddi sübutlarla birlikdə istintaqa təqdim olunub".

Saxlanılan şəxs hadisəni törədərkən ağır dərəcəli sərxoş olduğunu və bu səbəbdən də əməlini yaxşı xatırlamadığını deyib.

İkram Bayramov - saxlanılan şəxs: "Zakuskasız bir şüşə araq içdim, sonra yuxu məni tutdu. Sonra yerdən daşı götürüb vurdum pəncərəyə, girdim içəri. Xatırlaya bilmirəm ki, nə götürüb, nə aparmışam. Bir də ayıldım ki, polisdəyəm".

Bu, Qələndər Əliyevə məxsus mağazada baş verən sayca ikinci oğurluq hadisəsidir. Üç ay bundan əvvəl baş verən oğurluğu törədənlər də tutularaq məsuliyyətə cəlb olunub.




Kəpəz TV
Bağla X