Azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin (Lənkəranski) qətlində maraqlı detallar ortaya çıxıb. Azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin (Lənkəranski) qətlində maraqlı detallar ortaya çıxıb.

Lənkəranskinin qətliylə bağlı şok faktlar açılır - 2 həbs (Yenilənib)

Azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin (Lənkəranski) qətlində maraqlı detallar ortaya çıxıb.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, cinayəti araşdırmaq üçün başladılan istintaq zamanı 1 nəfər saxlanılıb. Saxlanılan şəxsin qətl zamanı Caniyevin maşınını idarə edən biznesmen Tahir.C olduğu məlum olub. Caniyevin oteldə biznesmen Tahir ilə görüşdüyü və birlikdə toplantı təşkil etdiyini müəyyən edən polis görüntüləri araşdırmağa başlayıb.

Toplantıda iştirak edən və Lənkəranskinin adamları olduğu bildirilən Hacıbaba T., A.N və Z.İ şahid qismində polis bölməsinə çağırılıblar. Lakin bölmədə vəziyyət bir anda dəyişib. Belə ki 3 şahiddən Hacıbabanın 2013-cü il avqustun 18-də Bahçeşehirdə azərbaycanlı biznesmen Əli Həmidovun öldürülməsində iştirak etdiyi məlum olub. Nəticədə Həmidov saxlanılıb. Onun Rusiyada 5 müxtəlif cinayətdə iştirak etdiyi bildirilir. Buna görə də, şübhəli ilə bağlı Rusiyada aidiyyatı şəxslərlə əlaqə qurulub. Lənkəranskinin özünün də Həmidov cinayətində adı hallandığı qeyd olunur.

Lənkəranskinin qətli ilə bağlı başladılan istintaq da davam edir. Caniyevə təşkil edilən sui-qəsddə Rusiya mafiyasının əli olduğu ən böyük ehtimal olaraq qalır. İddialara görə, şübhəlilər arasında Laşi Ş., Yuriy P., Vasiliy H. Və Nadir S adlı mafiya üzvləri yer alır. Həmin şəxslərin xaricə qaçmaq ehtimalı nəzərdən keçirilir.

Aydan AXUNDOVA

10:34
***

AzNews.az xəbər verir ki, Lent.az məlumatda adı adıgedən Hacıbaba T.-nin kimliyinə aydınlıq gətirib. Bu şəxs, 1982-ci il martın 29-da Azərbaycanın Beyləqan rayonunda anadan olmuş Talıbxanlı Hacıbaba Tahir oğludur. Orta təhsillidir. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gəlib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb. Onu "taclandıranlar" arasında Rövşən Lənkəranskiylə yanaşı Tariyel Oniani (Taro), Qivi Tbilisski, Koba Baqdatski, Timoxa Qomelski, Siripa Kutaisski, İka Suxumski, Cemo, Romik Kurd kimi "qanuni oğru"lar iştirak edib.

Həmin gün Hacı Beyləqanski ilə bərabər daha 15 nəfərə qanuni oğru adı verilib ki, onlardan da biri Rufo Gəncinski (Ülfət Tağıyev) olub.

Bəzi mənbələrə görə, Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri olub və 2013-cü ilin 18 avqustunda Qoca Bakinskini məhz onun əmri ilə qətlə yetirib. Qəribədir, Lənkəranski də elə avqustun 18-də öldürülüb. Amma 3 il sonra.