00:19
(077) 610-22-33

Qadın kişini bıçaqladı - Bakıda

  • >
1 674 29 Avqust 2016 19:06 | Kriminal

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.


Hadisə avqustun 27-də baş verib.

Bakı şəhər sakini Vüsal Səbzəliyev bıçaqlanıb. O, xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Lalə Musayeva tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Teleqraf.com
Bağla X