17:56
(077) 610-22-33

Futbolçu özünü və sevgilisini stadionda GÜLLƏLƏDİ

  • >
1 213 2 Dekabr 2012 08:51 | Kriminal

Amerika futbolu üzrə "Kanzas Siti Çifs" komandasının futbolçusu klubun məşq etdiyi Errouxed stadionunda özünü güllələyib. Polisin məlumatına görə, intihardan öncə idmançı sevgilisini ağır yaralayıb. İstintaq getdiyindən onun adı açıqlanmır. Yalnız bildirilir ki, idmançının 25 yaşı var.

AzNews.az-ın "Fox News" telekanalına istinadən verdiyi xəbərə görə, Milli Futbol Liqasının saytında futbolçunun ölümü haqda xəbər təsdiqlənib. Qeyd olunur ki, intihardan öncə hadisə baş verən şəhərdə daha bir odlu silahla bağlı insident baş verib və bu hadisə stadionda baş vermiş intiharla birbaşa əlaqəlidir.

İnci
AzNews.az
Bağla X