Ata üç yaşlı oğlunu döyərək ÖLDÜRDÜ

Ukraynanın Nikolayevsk vilayətinin polis şöbəsinə 28 yaşlı qadın müraciət edərək 3 yaşlı oğlunun öldüyünü bildirib. Qadının sözlərinə görə, bir gün öncə uşaq anasına özünü pis hiss etdiyini və yatmaq istədiyini deyib. İşdən evə qayıdan qadın körpəsinin bədənində zədələr görsə də, onlara əhəmiyyət verməyib. Gecə saat 3-də uşağına baxmağa duran ana onu ölü vəziyyətdə tapıb.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aparılan məhkəmə-tibbi ekspertizası uşağın döyülərək öldüyünü təsdiqləyib. Sorğu-sual zamanı qadın qeyd edib ki, bir gün öncə uşaqlarını bir neçə saatlıq qeyri-rəsmi yaşadığı kişiyə tapşırıb.

İstintaq nəticəsində məlum olub ki, qadın bir neçə ildir ki vətəndaş nikahında yaşayır. Onun 4 uşağından ikisinin atası həmin kişidir. Qeyd edilir ki, 1975 il təvəllüdlü kişi bundan öncə bir neçə il məhbəs həyatı yaşayıb və ailə hüquq-mühafizə orqanlarının və sosial strukturların nəzarətində olub.

Qadının böyük uşaqları da qardaşlarının atalıqları tərəfindən döyüldüyünü təsdiqləyiblər.

İstintaq davam edir.

İnci
AzNews.az