Bakıda polisə silahlı hücum

Yasamal rayonu ərazisində polislə vətəndaş arasında insident baş verib. AzNews.az DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, verdiyi məlumata görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Ağayev ictimai qaydanı pozduğuna görə həmin ərazidə xidmətdə olan Çevik Polis Alayının əməkdaşı onu intizama dəvət edib.

Bu zaman T.Ağayev polisin qanuni tələblərinə tabe olmayaraq, bıçaqla ona hücum edib. T.Ağayev tərki-silah edilib. Onun barəsində toplanmış materiallar sonrakı araşdırmalar aparılması üçün rayon prokurorluğuna göndərilib.

AzNews.az