02:11
(077) 610-22-33

Keyt Middltonun hamiləliyindən danışan tibb bacısının meyiti tapıldı - VİDEO

  • >
543 7 Dekabr 2012 22:22 | Kriminal

Hamilə Keyt Middltonun müalicə olunduğu London hospitalının tibb bacısı evində ölmüş halda aşkar edilib. Bəzi mənbələrin məlumatına görə, qadın intihar edib.

AzNews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, tibb bacısı avstraliyalı jurnalistlərin telefon zarafatının qurbanı olub. Belə ki, 2Day FM radiostansiyasının işçiləri VII Eduard adına hospitala zəng edərək özlərini şahzadə Uilyam və Böyük Britaniyanın kraliçası kimi təqdim edərək Keyt Middltonun səhhəti ilə maraqlanıblar.

Heç nədən şübhələnməyən növbətçi tibb bacısı zəng edənlərə Keyt Middlton haqda bütün məlumatı verib və çox guman ki, aldadıldığını başa düşərək intihar edib.

Yaxın vaxtlarda hospital administrasiyasının məsələ ilə bağlı rəsmi açıqlaması gözlənilir.

Xatırladaq ki, bir müddət öncə Keyt hospitaldan evə buraxılıb və hazırda özünü yaxşı hiss edir.





İnci
AzNews.az

Bağla X