Axşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib. Axşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib.

Lənkəranda atışma - 1 nəfər yaralandı

Axşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bürcəli kəndində qeydə alınıb.

Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib.

Zərərçəkənin atasının sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb.