- Köhnə - Kriminal
- 17 Yanvar 2017 18:23
- 4 981
Bakıda mənzildən xəz palto, qızıl-zinət əşyaları və sənədlər oğurlandı
Bakıda qadının mənzilindən xəz palto, qızıl-zinət əşyaları və sənədlər oğurlanıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər 1986-ci il təvəllüdlü P.Ə.-yə məxsus mənzilin eyvanından keçərək içəri daxil olublar. Evdən 2 880 manat dəyərində qızıl-zinət əşyaları, 7 000 manat dəyərində xəzi palto, 1 000 manatlıq noutbuk və evin sənədləri, şəxsiyyət vəsiqəsi oğurlanıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.