03:49
(077) 610-22-33

Qadının çantasını əlindən alıb qaçan yaxalandı - Bakıda

  • >
2 471 12 Fevral 2017 17:12 | Kriminal

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Kənd Əhmədli qəsəbəsində yerləşən “Home” marketin qarşısında Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Samirə Səmədovaya məxsus əl çantasını oğurlayıb qaçmaq istəyən 1989-cu il təvəllüdlü Hüseynov Nicat Fərqəçi oğlu çox uzağa gedə bilmədən tutulub.

Çantada 1 ədəd “İPHONE” markalı, 1 ədəd ”LG” markalı mobil telefon və 55 manat pul olub. N.Hüseynov mühafizə polisi tərəfindən yaxalanaraq ərazi üzrə 34-cü Polis Bölməsinə təhvil verilib. Faktla bağlı Xətai RPİ-nin 34-cü PB-də araşdırma aparılır.

Bağla X