20:36
(077) 610-22-33

İçi pulla dolu seyfi oğurladılar - Samuxda (Fotolar)

  • >
4 463 16 Fevral 2017 21:11 | Kriminal

Samuxda içərisi pulla dolu seyf oğurlanıb.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Samux sakini pulunu və sənədlərini saxladığı seyfinin oğurlanmasından şikayətçidir. Bu işi kimin və ya kimlərin etməsini bilməyən Qabil Alıyev polisə də müraciət edib.

Hadisə rayonun Tatlı kəndində,Qabil Alıyevin yaşadığı evdə, gündüz saatlarında sahibi evdə olmayanda baş verib. İşdən qayıdan Qabil Alıyev qapı və pəncərəni açıq görüb, içəri daxil olarkən şübhələri doğrulub.

Qabil Alıyev- zərərçəkən şəxs: “Evin ehtiyat açarı sayğacın üzərində olub. Açarı oradan götürüb qapını açıblar. Sonra qapının arxasından seyfi götürərək, pəncərədən çıxarıblar”.

Ev sahibini seyfdəki 600 ABŞ dolları və 480 manat nəğd puldan çox şəxsi sənədlərinin oğurlanması narahat edir.

Qabil Alıyev- zərərçəkən şəxs: “Mənim heç kimlə ədavətim olmayıb. Şübhələndiyim şəxsləri də yazmışam. Pul bir tərəfə, mənim sənədlərimi versinlər. Bu işi yoluna qoysunlar”.

Oğurluqla bağlı Samux Rayon Polis Şöbəsinin əməkdaşları sözügedən evdə olub, ilkin istintaq tədbirləri görülüb. Ancaq hələ ki, oğruları müəyyən etmək mümkün olmayıb. Baş verən hadisəylə bağlı cinayət işi başlanılıb.

image description image description image description image description
Bağla X