Moskvada bu günlərdə killer tərəfindən öldürülən azərbaycanlı “qanuni oğru”nun kimliyi məlum olub. Moskvada bu günlərdə killer tərəfindən öldürülən azərbaycanlı “qanuni oğru”nun kimliyi məlum olub.

Rövşən Lənkəranskinin killeri öldürüldü- Yenilənib

Moskvada bu günlərdə killer tərəfindən öldürülən azərbaycanlı “qanuni oğru”nun kimliyi məlum olub.




Rus mətbuatı yazır ki, bu "Rafo Gəncəli" adı ilə tanınan Rauf Nəsibovdur. Ancaq indiyə qədər "qanuni oğru"nun cəsədi tapılmayıb.

Rusiya mətbuatı onu Ded Xasanın ölümündə adı çəkilən Rövşən Lənkəranskinin "ştatlı killeri" kimi təqdim edir. O, dekabrın 10-da BƏƏ-də keçirilən "sxodka"da "qanuni oğru" adını alan 16 nəfərdən biri olub.


***

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı "qanuni oğru" öldürülüb. Bu barədə məlumatı bu gün Rusiya mətbuatı yayıb.


Rusiyanın Moskva şəhərində killer tərəfindən öldürülən "qanuni oğru"nun kimliyi hələlik aşıqlanmasa da, BƏƏ-də keçirilən "sxodka" barədə məlumatlar verilib. Bildirilir ki, "sxodka"da əsasən 2008-ci ildən etibarən Aslan Usoyana (Ded Xasan) qarşı cəbhədə dayanan Tariel Onianinin tərəfdarı olan "qanuni oğru"lar iştirak edib. Onların arasında Tamaz Koroşinadze, Qivi Qordeladze, Temuri Nemsiveridze, Aleksandr Bor, Teymuraz Calaqaniya, İrakli Kaliçiva, Zurab Dqebuadze, Tengiz Korsagiya, Əhməd Evloyev, Merab Cavanqeladzenini adı çəkilir.

"Sammit"in əsas müzakirə mövzusu isə 16 nəfərin "taclandırılması" olub. Onların arasında Enso Batumski, Xaço Kutaissiski, Laşa Barcqa, Əhməd Şalinski, Həmzət İnquş, Dato Qudautski, Astik Suxumski, Manço Suxumski, Dato Kistines, Lexa Zlak Rostovski, Saşa Medvejonok Qomelski, Olqe Sluçski, Paştet Minski, Ruslan Lebed Borosovski ilə yanaşı 2 azərbaycanlı - Hacı Lənkəranski və Rafo Gəncəli də var. Yeni "qanuni oğru"lar 22 - 42 yaş arasındadır.


***
12:19
Öldürülən azərbaycanlının ötən il dekabrın 10-da Birləşmiş Ərəb Əmirliklərində keçirilən "sxodka"nın iştirakçılarından olduğu bildirilir. Qətlin təfərrüatları barədə məlumat verilmir. Bununla belə bu hadisə Aslan Usoyan tərəfdarlarını qarşı cəbhəyə mesajı kimi qiymətləndirilir.

Qeyd edək ki, Aslan Usoyanın öldürülməsində Rövşən Lənkəranskinin adı hallandırılır.

Elnarə