19:04
(077) 610-22-33

Azyaşlı qız əmisi tərəfindən zorlanıb - ŞOK

  • >
234 2 Fevral 2013 10:52 | Kriminal

Bakıdan 13 yaşlı ananın kəndinə nümayəndələr gedəcək




Dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin 13 yaşlı qızın ana olduğu Zərdabın Alıcanlı kəndinə səfəri gözlənilir. Məqsəd faktla bağlı aparılan araşdırmaların gedişi ilə tanış olmaq, qızın ailəsi ilə görüşməkdir. Səfərdə hansı qurumların təmsil olunacağı ilə bağlı hazırda müzakirələr aparılır. Bunu AzNews.az-a açıqlamasında Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev deyib.

N.Quliyevin sözlərinə görə, məsələ ilə bağlı rayonun polis İdarəsinə və Qəyyumluq Komissiyasına müraciət edilib:

"Bununla bağlı cinayət işi açılıb. Biz mütəmadi olaraq həm istintaq orqanı, həm də uşağın ailəsi ilə əlaqə saxlayacağıq. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Ombudsman Aparatına da müraciət edilib. İstəyirik ki, iş nəzarətdə olsun və bu əməli edənlər məsuliyyətdən kənarda qalmasın. Uşaq müdafiə sisteminin fəsadları uşaqların belə hadisələrin qurbanı olmasına şərait yaradır".

Məsələnin ictimailəşdirilməsindən sonra hadisənin ötr-basdır edilməsinin mümkün olmayacağını deyən təşkilat rəhbəri hazırda 13 yaşlı qızın stress vəziyyətində olduğunu vurğulayıb:

"Səfər zamanı uşaqla da görüşməyə çalışacağıq. İlk başlarda uşağın üstünə getmək olmaz, olduqca pis nəticə verə bilər. Hazırda əsas məqsəd cinayət etmiş şəxsin cəzalandırılmasıdır".

Bu qəbildən olan hadisələrə daha əvvəllər də baş verdiyini bildirən qurum təmsilçisi "Bizim mərkəzə hətta öz əmisi tərəfindən cinsi zorakılığa məruz qalan qız da gətirilib. Biz çətinliklə əmini azadlıqdan məhrum etdirdik. Qız da 1 aya yaxın mərkəzdə qaldı" deyə qeyd edib:

"Belə hallarda əsasən 149-cu maddə (zorlama) ilə deyil, 152-ci maddə ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi açılır".

Məlumat üçün bildirək ki, 149-cu maddə 4 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 152-ci maddə isə 3 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X