14:06
(077) 610-22-33

Öldürülən “qanuni oğru” barədə ilginc məlumatlar yayıldı

  • >
247 4 Fevral 2013 11:43 | Kriminal

“Rufonun Ded Xasana sui-qəsd hazırlanmasında iştirakı istisna edilmir”



Moskvada qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Rüfət Nəsibov barədə mühüm iddialar səsləndirilib. AzNews.az "Rosbalt"a istinadən xəbər verir ki, hadisə yanvarın 28-də Moskvanın Otradnoe rayonunda baş verib. Cəsədi isə maşının yük yerinə qoyaraq aparıblar. Ancaq hüquq-mühafizə orqanları bundan xəbər tutub: "Rüfət Nəsibov "qanuni oğru" Rövşən Caniyevin yaxın adamı olub. Rövşən Caniyev isə Ded Xasanın ölümündə əsas şübhəlilərdən biri hesab edilir. Rufo Gəncəli Caniyevin klanında güc əməliyyatlarına rəhbərlik edib, bura həmçinin opponentlərin kənarlaşdırılması da daxildir".

Mənbə bildirib ki, Ded Xasanın öldürüldüyü gün R.Nəsibov Ukraynada olub: "Ancaq sonradan Moskvaya gəlib. O, paytaxta gəlişini ciddi-cəhdlə gizlədib, ancaq buna baxmayaraq səfər barədə xəbərlər yayılıb. Rufonun Ded Xasana sui-qəsd hazırlanmasında iştirakı istisna edilmir".

"Rosbalt" yazır ki, R.Nəsibov son illər Rövşən Lənkəranskinin iştirak etdiyi bütün tədbirlərə qatılıb: "Ötən ilin yayında onu Rövşən Caniyevlə bərabər Birləşmiş Ərəb Əmirliklərində və bir sıra Avropa ölkələrində digər "qanuni oğru"larla görüşlər keçirilən zaman görüblər. 2012-ci ilin dekabrında Nəsibov 15 nəfərlə birgə "taca" layiq görülüb".

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X