Onu səhhətində ciddi problemlərin olduğu deyilir Onu səhhətində ciddi problemlərin olduğu deyilir

Rövşən Lənkəranski “razborka”da bıçaqlandı

Onu səhhətində ciddi problemlərin olduğu deyilir


AzNews.az-ın yazdıqlarını Rusiya mətbuatı da təsdiqlədi


"Qanuni oğru" Rövşən Lənkəranskinin Bakıda həbs edilməsi və qısa müddət sonra azadlığa buraxılması barədə xəbər vermişdik. Rusiya mətbuatı da yanvarın 16-da Ded Xasanın qətlə yetirildiyi ərəfədə və ondan sonra R.Lənkəranskinin Azərbaycanda olduğunu yazıb. "Rosbalt" bildirib ki, Ded Xasanın öldürüldüyü zaman Rövşən Caniyev Bakıda olub:

"Rövşən Canıyevin hüquq-mühafizə orqanlarında işləyən çox sayda qohumları var. Ancaq yerli hüquq-mühafizə orqanlarının bir çox əməkdaşı onu sevmir. Yanvar ayında Rövşənin Bakıda həbsinə hazırlıq işləri aparılıb. Ancaq o, bundan xəbər tutaraq, qısa müddətdə Azərbaycanı tərk edərək BƏƏ-yə gedib".

"Rosbalt" R.Lənkəranskinin sağlıq durumunun da o qədər yaxşı olmadığını vurğulayıb. O da bildirilir ki, 2012-ci ildə R.Lənkəranski yaxınları Rufo Gəncəli və Hacının müşayiəti ilə Levon Cvanqeladze ilə görüşüb:

"Oğru dünyasının ən tanınmışlarından olan Merab Cvanqeladzenin qardaşı olan Levonla R.Caniyevin sözləri üst-üstə düşməyib. Söhbət Moskva bazarının bölüşdürülməsi istiqamətində olub. Tərəflər razılığa gəlmədiyinə görə, əsəbiləşən Rövşən Lənkəranski Levonun sifətinə yumruq vurub. Bunun cavabında Levon bıçaqla R.Caniyevin qarnından zərbə vurub. Yara ciddi olmasa da, R.Lənkəranski həkimə müraciət etməli olub. Şəkərli diabetdən əziyyət çəkən R.Lənkəranskinin başqa xəstəlikləri də var və o, vaxtaşırı olaraq həkim yardımı alır".

Elnur
AzNews.az