14:07
(077) 610-22-33

Hacıqabulda yol qəzası: 3 nəfər həlak oldu

  • >
299 4 Fevral 2013 21:22 | Kriminal



Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsindəki körpüdə bu gün saat 20.45 radələrində ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "SHACMAN" tipli yük maşını ilə "Mersedes" tipli minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar, Cəbrayıl rayon sakini 1972-ci il təvəllüdlü Abbasov Elşən Fərhad oğlu, İmişli şəhər sakini 1973-cü il təvəllüdlü İbişov Səyyar Cəlal oğlu və 1962-ci il təvəllüdlü Ağayev Kazım Əli oğlu ağır vəziyyətdə, kəllə-beyin və multitravmalarla Şirvan şəhər xəstəxanasında çatdırılıblar. Hadisə nəticəsində qum ilə dolu "SHACMAN" maşını körpüdən, 7-8 metr hündürlükdən aşıb.


AzNews.az
Bağla X